Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / Azərbaycanda virusdan ölənlərin sayı niyə sürətlə artır?

Azərbaycanda virusdan ölənlərin sayı niyə sürətlə artır?

Ölkəmizdə COVID-19-a yoluxma sayı  5000-5500 arasında olduğu zamanlarda ölüm sayı təxminən 30-35 nəfər idi. Təəssüf ki, bu gün 2500-3000 yoluxmalarda belə ölüm sayında təxminən eyni rəqəm müşahidə olunur. Mütəxəssislərin fikrincə ölüm halının belə sürətlə artmasına təsir edən bir neçə faktor var ki, onlardan biri də virusun öldürücülük qabiliyyətinin artmasıdır.

Son günlər statistik göstəricilərə əsasən ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar analiz nümunələri müsbət çıxmış 30-dan çox insan vəfat edib.

Həkim-infeksionist Fərrux Sədirovun sözlərinə görə, ölüm sayının çoxalmasına səbəb xəstəliyin və yoluxmanın gedişatı ilə əlaqədar virusun öldürücülük qabiliyyətinin artmasıdır. Belə ki, bədənin göstərdiyi müqavimətə əsasən vaksin olunmuş bədəndən vaksin olunmamış bədənə keçən virusun öldürücülüyü də artmış ola bilər.

Həkim-infeksionist əlavə edib ki, əsas səbəblərdən biri də bəzi tibb işçiləri tərəfindən xəstələrə doğru yanaşılmamasıdır. Bəzi yerlərdə natamam tibbi təhsili olan tibb işçiləri heç bir şeyə əsaslanmadan xəstələrə gözəyarı, şəxsi mülahizələrinə əsasən müalicə təyin edirlər. Təəssüflər olsun ki, xəstənin diaqnozu qoyulan ilk dəqiqədən etibarən dərhal xəstələrə hormonal preparatlar, steroidlər, antibiotiklər yazılır. Nəticədə isə bu preparatların uygunsuz, diaqnoz qoyulmadan təyini ciddi fəsadlara gətirib çıxarır.

Fərrux Sədirov qeyd edib ki, bu kimi hallar davam etsə qarşıdakı zamanlarda ölüm sayının daha da artacağı istisna edilmir.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …