Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Sosial / Azərbaycanda vəzifəli şəxs avtomobilini gölə aşıraraq öldü

Azərbaycanda vəzifəli şəxs avtomobilini gölə aşıraraq öldü

Qusar rayonunda ağır yol qəzası baş verib. 
Hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.
Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

Həmçinin oxuyun

Əlilliyi olan şəxslərdən 200 nəfərə mənzil, 160 nəfərə avtomobil verilib

Azərbaycanda həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm …