Şənbə , May 30 2020
Ana səhifə / Sosial / Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? – RƏSMİ

Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? – RƏSMİ

“Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib.

Nazirlik rəsmisi “Facebook” hesabında bildirib ki, hazırda həmin təkliflərə baxılır:

“Təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək”.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri Modern.az dərc edib. Məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.

Həmçinin oxuyun

İntensiv yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 …