Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Azərbaycanda tur paketlər 300-400 dollar bahalaşıb

Azərbaycanda tur paketlər 300-400 dollar bahalaşıb

Aprel ayında tur paketlər bahalaşıb.

Belə ki, hazırda bu sahədə tələb təklifi üstələyir.

İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaət etmiş olub. Çünki həmin tur paketi indi almaq təxminən 300-400 dollar itirmək deməkdir. Növbəti aylarda fərq daha çox olacaq.

Ən çox tələbat hər il olduğu kimi yenə də Türkiyəyədir. Bu il bu istiqamət üzrə qiymətlər tez, həmçinin də çox artıb. Səbəb Rusiya-Ukrayna müharibəsi fonunda rusların Türkiyəyə daha çox maraq göstərməsidir.

Hazırda qiymət artımı təxminən 25-30%-dir. Növbəti aydan etibarən isə bu artım daha çox olacaq.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …