Ana səhifə / Sosial / Azərbaycanda toyda dava düşdü: üç nəfər bıçaqlandı

Azərbaycanda toyda dava düşdü: üç nəfər bıçaqlandı

Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var.

Şəhər ərazisində keçirilən toy mərasimlərinin birində qonaqlar arasında mübahisə düşüb.

Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.

Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov report-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakının daha bir ərazisində binaların söküntüsünə başlanılır – VİDEO

Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib. Xezerxeber.az-ın məlumatına …