Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Azərbaycanda tikinti sahəsində yenilik

Azərbaycanda tikinti sahəsində yenilik

Azərbaycanda şəhərsalma və tikinti sahəsində fəaliyyət yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.

“ Azinforum.az ” ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Sənəddə qeyd olunur ki, 2019-2020-ci illərdə tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlar yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdiriləcək.

Ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarları və tələbləri şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlara daxil ediləcək.

 

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …