Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Azərbaycanda tələbələr nə qədər təqaüd alır?

Azərbaycanda tələbələr nə qədər təqaüd alır?

2019-cu ildə Azərbaycanın ali təhsil müəssisələrinə 44,3 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

Qaynarinfo-nun məlumatına görə, bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsil alanların xüsusi çəkisi 55,1 faiz olub ki, onların da 77,3 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.
Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 44,6 faizi təqaüd alır. Ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, 71-100 bal olan tələbələrə 120 manat, 51-100 bal olan tələbələrə 80 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 130, 110 və 75 manat təqaüd müəyyən edilir.

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …