Ana səhifə / Sosial / Azərbaycanda suya qənaət mümkündür?

Azərbaycanda suya qənaət mümkündür?

Ölkəmizdə su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədilə qabaqcıl dünya ölkələrinin təcrübələrinin tətbiqi üzrə də işlər aparılır.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bildirib.

Z.Mikayılov qeyd edib ki, bu istiqamətdə cari il aprelin 4-də İsrailin “Mekorot” milli su şirkəti ilə ASC arasında suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, müasir suvarma üsullarının tətbiqi ilə suya qənaət potensialının qiymətləndirilməsi, su təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, meliorasiya obyektlərinin planlaşdırılması, layihələndirilməsi, yenidən qurulması və tikintisi üçün müasir su təchizatı texnologiyalarını tətbiq etmək məqsədilə məsləhət xidmətləri müqaviləsi imzalanıb:

“Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ASC tərəfindən ölkə üzrə sudan istifadə planı, magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilib. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədilə mütəxəssislər ayrı-ayrı obyektlərə təhkim edilib, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib”.

Həmçinin oxuyun

Azərbaycanda qurbanlıq qoyunlar BAHALAŞDI

Bay Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə bağlı əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə …