Ana səhifə / Sosial / Azərbaycanda sosial tələbə yataqxanaları yaradılacaq – VİDEO

Azərbaycanda sosial tələbə yataqxanaları yaradılacaq – VİDEO

Ali məktəblərə qəbul olan tələbələri ən çox düşündürən sullardan biri də təhsil alacaqları müddətdə  harada və necə qalacaqlarıdı. Bəzi hallarda isə kirayə mənzillərin baha olması tələbələri çıxılmaz vəziyyətə salır. Hətta bu səbəbdən təhsildən yayınanlar da olur. Artıq bununla bağlı məsələ yeni hazırlanan qanun layihəsində öz əksini tapacaq.

Ölkəmizdə sosial tələbə yataqxanaları yaradılacaq.

Bununla bağlı məsələnin Ali təhsil haqqında hazırlanan yeni qanun layihəsinə salınması təklif olunub. Milli  məclisin elm  və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, yeni qanun layihəsində hansısa bir təhsil müəssisəsi yaradılarkən onun yataqxanasının olması da şərt kimi öz əksini tapıb. Millət vəkili deyir ki, sosial tələbə yataqxanalarinin yaradılması zəruridir. Onun sözlərinə görə, yataqxana çatışmazlığı ali məktəblərə qəbul olan abituriyentləri bir sıra çətinliklərlə üz-üzə qoyur.

Millət vəkili vurğuladı ki, bəzi hallarda Maddi imkanı zəif olan tələbələr kirayə haqlarını ödəyə bilmədiklərinə görə, təhsildən yayınmağa məcbur olurlar. Sosial yataqxanalarin istifadəyə verilməsi isə vəziyyəti müsbətə doğru dəyişəcək.

Ceyhun Məmmədov əlavə etdi ki, bununla bağlı məsələ Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Sabah hava necə olacaq?-PROQNOZ

Dekabrın 6-da gözlınilən hava proznozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron …