Çərşənbə , İyun 29 2022
Ana səhifə / Sosial / Azərbaycanda son sutkada daha 26 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada daha 26 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 206 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 222, bu günə qədər isə ümumilikdə 6 947 820 test icra olunub.

Həmçinin oxuyun

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişdi

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib.Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları …