Bazar , Yanvar 24 2021
Ana səhifə / Sosial / Azərbaycanda son sutkada 799 nəfər virusa yoluxub, 26 nəfər vəfat edib

Azərbaycanda son sutkada 799 nəfər virusa yoluxub, 26 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib, aktiv xəstə sayı 17 786 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, ötən müddət ərzində isə ümumilikdə 2 231 993 test aparılıb. 

Azərbaycanda son sutkada 799 nəfər virusa yoluxub, 26 nəfər vəfat edib

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …