Çərşənbə , İyul 6 2022
Ana səhifə / Sosial / Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 11 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 778 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 948, bu günə qədər isə ümumilikdə 6 898 425 test icra olunub.

Həmçinin oxuyun

Sabah bu ərazilərə yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. …