Ana səhifə / Sosial / Azərbaycanda saxta sürücülük vəsiqələri satılır – VİDEO

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır – VİDEO

Azərbaycanda saxta sürücülük vəsiqələri satılır.

Bu barədə elan sosial şəbəkələrdə yayılıb. Rusiyaya məxsus sürücülük vəsiqəsi hazırlayan şəxs onu ”Tiktok” sosial şəbəkəsində “Qarabazar.az” adlı səhifədə satışa çıxarır.

Hazırlanan vəsiqə o qədər peşəkarlıqla düzəldilir ki, orijinalından elədə fərqlənmir. Lakin vəsiqə ilə bağlı hər hansısa bir məlumat Rusiya Federasiyasının bazasında mövcud deyil. Sürücülük vəsiqəsini hazırlayan şəxs özü də etiraf edir ki, həmin sənəd saxtadır və Rusiyada istifadə etmək olmaz.

Vəsiqənin qiyməti barəsində heç bir məlumat verilmir..Saxta sənəd hazırlayan bu şəxs üzü görsənməsin deyə, hətta sifarişi poçt vasitəsi ilə ünvana göndərdiyini deyir.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu vəsiqəni əldə etmək istəyənlər adətən daha çox qayda pozmağa meyilli olan sürücülərdir. Onun fikrincə xüsusən gənclər belə saxta sənədlər əldə edirlər ki, yol polisi onları saxlayanda cərimə məhz həmin sənədə yazılsın. Amma həmin sürücülər də zənn etməsinlər ki, onlar bu əməllə cərimədən yayına biləcəklər.

Daxili İşlər Nazirliyinin ”XəzərXəbər”ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu vəsiqəni hazırlayan şəxsləri müəyyən edərək, barələrində qanunamüvafiq qaydada tədbir görəcək.

Həmçinin oxuyun

Sumqayıt Bulvarında kanalizasiya qoxusundan gəzmək olmur VİDEO

Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan …