Şənbə , Avqust 20 2022
Ana səhifə / Sosial / Azərbaycanda sabiq polis rəisi “Nərmin işi”nə görə intihar edib?

Azərbaycanda sabiq polis rəisi “Nərmin işi”nə görə intihar edib?

Sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun intihar etməsi barədə xəbərlər yayılıb.

İddia edilir ki, sabiq rəisin intiharı qalmaqallı “Nərmin işi” ilə bağlıdır.

Məsələ ilə bağlı sabiq rəis Şirzad Əsgərov Musavat.com-a açıqlama verib.

Ş.Əsgərov bu cür məlumatların hansı məqsədlə yayıldığı haqda fikir bildirmək istəməyib.

Amma qeyd edib ki, azyaşlı Nərminin qətli ilə bağlı hazırda davam edən məhkəmə araşdırması yekunlaşdıqdan sonra barəsində həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslər barəsində məhkəməyə müraciət edəcək.

Ş.Əsgərov əlavə edib ki, məhkəmə qanuni hökmünü çıxarana qədər bu mövzu ətrafında danışılan fikirlərə münasibət bildirmək olmaz: “Polis rəisi olsan belə istintaq orqanının işinə qarışa bilməzsən. Buna imkan belə verməzlər”.

Həmçinin oxuyun

Sabah Bakıda 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, cənub-şərq küləyi əsəcək.  Milli Hidrometeorologiya Xidmətindən …