Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? – AÇIQLAMA

Azərbaycanda saatlıq maaşa keçid nəyi dəyişəcək? – AÇIQLAMA

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə “Yol xəritəsi”ndə öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Maraqlıdır, hər iş saatı üçün nə qədər vəsait nəzərdə tutula bilər?

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, saatlıq minimum tariflərin müəyyən olunması çoxdan müzakirə olunur:

“Əmək və Əhalinkn Sosial Müdafiəsi Nazirliyi bununla bağlı konkret təkliflər hazırlamalıdır. Hələlik məbləğdən danışmaq tezdir. Məsələ ilə bağlı müzakirələr gedir və ictimai şura olaraq biz də müzakirələrə qatılmışıq. Təkliflər hazırlandıqdan sonra qiymətlər haqqında danışmaq olar”.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …