Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv olunacaq? – AÇIQLAMA

Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv olunacaq? – AÇIQLAMA

Martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərar qəbul edib. Lakin yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlnılıb ki, bu da vətəndaşlar arasında birmənalı qarşılanmayıb.

Sosial şəbəkərdə də apardığımız müşahidələr onu göstərir ki, insanların böyük bir qismi karantinin rejiminin yumşaldılmasına sevinməklə yanaşı, həm də qapalı məkanlarda maska və COVID-19 pasportu qadağasının ləğv olunmamasını xoş qarşılamayıblar.

Həkim-radioloq Aydın Əliyev də “Xəzər Xəbər”ə açıqlamasında maskanın ləğvini tələb edən vətəndaşlara dəstəyini ifadə edib.

Onun fikrincə də, tibbi maska ilə bağlı qadağa ləğv olunmalıdır. Bundan əlavə, Aydın Əliyev maska qadağası ilə bağlı dünya təcrübəsini misal çəkib. O, Operativ Qərargahı maska qadağasını ləğv etməyə çağırıb.

Qeyd edək ki, yumşaldılma ilə əlaqədar qərara əsasən, dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …