Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / “Azərbaycanda pensiyaçıların işləməsi üçün tədbirlər görülməlidir” – RƏSMİ

“Azərbaycanda pensiyaçıların işləməsi üçün tədbirlər görülməlidir” – RƏSMİ

Hesablama Palatası pensiya sisteminin fiskal dayanıqlılığının təmin edilməsinə yönəldilən fəaliyyətin gücləndirilməsi, o cümlədən işləyən pensiyaçıların sayının artırılması üçün pensiyaçıların əmək fəaliyyəti ilə məşğul olmasının stimullaşdırılması, onların daha gec işləməyən pensiyaçılar kateqoriyasına keçməsi üçün məqsədyönlü tədbirlərin görülməsini tövsiyə edir.
Bu barədə “Report” “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə Azərbaycan Hesablama Palatasının rəyinə əsasən xəbər verir.

Hesablama Palatası pensiya ödənişləri üzrə dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun öhdəliklərinin daha dəqiq müəyyənləşdirilməsi, öhdəliklərin müvafiq büdcələr hesabına maliyyələşdirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini tövsiyə edir.

İşləyən əlil pensiyaçılara ödəniləcək aylıq pensiyanın məbləğinin pensiya sisteminin fiskal dayanıqlılığı baxımından optimallaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, əlilliyə görə pensiyaya çıxma şərtlərinin təkmilləşdirilməsi ilə bu pensiya növü üzrə ödəmələrin sığorta prinsiplərinə uyğunluğunun təmin edilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi də tövsiyələr arasındadır.

Bundan başqa, Fond tərəfindən əmək pensiyaları üzrə vəsaitlərin xərclənməsinə nəzarət fəaliyyətinin gücləndirilməsi ilə vəsaitlərdən təyinatı üzrə və səmərəli istifadənin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi də məsələhət görülür.

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …