Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Azərbaycanda pensiyaçılara yeni hüquq veriləcək

Azərbaycanda pensiyaçılara yeni hüquq veriləcək

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

O, qeyd edib ki, qanuna dəyişikliklərin vacib məqamlarından biri də bir pensiyadan başqa pensiyaya keçmək hüququnun verilməsidir.

“Mövcud qanunvericiliyə görə, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur. Yəni pensiya növünün dəyişdirilməsi hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın”, – deyə M.Quliyev əlavə edib.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …