Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Sosial / Azərbaycanda nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb

Azərbaycanda nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.
Trend-in məlumatına görə, son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib. Bu isə həmin ildə bütün diri doğulanların 16,5 faizini təşkil edib.
Ümumilikdə 2013-cü ildə 25 069 (bütün diri doğulanların 14,5 faizi), 2014-cü ildə 25 486 (bütün diri doğulanların 14,9 faizi) , 2015-ci ildə 24 038 (bütün diri doğulanların 14,5 faizi), 2016-cı ildə 26 288 (bütün diri doğulanların 16,5 faizi), 2017-ci ildə isə 22 796 uşaq (bütün diri doğulanların 15,8 faizi) rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub. Belə uşaqlar daha çox kənd yerlərində dünyaya göz açıb.
2013-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 10 892 nəfəri şəhər, 14 177 nəfəri kənd, 2014-cü ildə 9 772 nəfəri şəhər, 15 714 nəfəri kənd, 2015-ci ildə 9 411 nəfəri şəhər, 14 627 nəfəri kənd, 2016-cı ildə 9 592 nəfəri şəhər, 16 696 nəfəri kənd, 2017-ci ildə 8 167 nəfəri şəhər, 14 629 nəfəri kənd yerlərinin payına düşüb.

Həmçinin oxuyun

Gömrük iki ayın şirkətini necə qalib elan edib?

Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət …