Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Sosial / Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkı salına bilər

Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkı salına bilər

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınmasını təklif edib.

APA-nın məlumatına görə, komitə sədri bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin olmasını xatırladıb: “Orada Cümhuriyyət tarixində rolu olanların abidəsi, tarixi salnamələr və s. ucaldıla bilər ki, yeni nəsillər mütəmadi bununla canlı tanış olsun”.

SSRİ dövründə 26 Bakı Komissarı bağını və onun təbliğatda rolunu xatırladan komitə sədri bildirib ki, milli cümhuriyyət parkının olması təqdirəlayiqdir.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …