Cümə axşamı , May 23 2019
Ana səhifə / Sosial / Azərbaycanda leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Azərbaycanda leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Azərbaycanda hava şəraitinin pısləşəcəyi haqda xəbərdarlıq yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyulun 20-si axşamdan 23-ü gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycan rayonlarında iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

Dondurma mövsümü başladı – Zəhərlənməmək üçün bunları bilmək vacibdir

Havaların isinməsi ilə əlaqədar ölkədəki mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün açılması isə …