Ana səhifə / Sosial / Azərbaycanda külək enerjisi istehsalı artıb

Azərbaycanda külək enerjisi istehsalı artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 552,2 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 9,3% artaraq 71,9 mln. manat təşkil edib.

Ötən üç ay ərzində Azərbaycanda 6 340,5 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 3,5% çoxdur.

Bunun 295 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 11% azdır.

Bunun 5 778,8 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 4,1% çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 31,8 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 8,4 dəfə çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 8,2 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 10,8% çoxdur.

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …