Cümə , Oktyabr 7 2022
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusun alovlanma dövrü başlayıb – VİDEO

Azərbaycanda koronavirusun alovlanma dövrü başlayıb – VİDEO

Son günlərdəki artım onu deməyə əsas verir ki, Azərbaycanda koronavirusun alovlanma dövrü başlayıb.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, artıq bir həftədən çoxdur ölkəmizdə koronavirusa yoluxma hallarında sürətli mənfi dinamika  müşahidə olunur. Bu isə artm sayının 10 dəfə çox olması deməkdir.

Baş infeksionist bildirib ki, yoluxanlar daha çox peyvənd olunmayan şəxslərdir.

“Hər kəs vaksinin effektivliyini bilməli və vaksinasiya prosesində iştirak etməlidir. İnsanlar arxayınlaşmamalı, təmas hallarını minumuma endirməli və sanitar gigiyenik tədbirlərə əməl etməlidir”,- deyə baş infeksionist qeyd edib.

Həmçinin oxuyun

Səbuhi Əhmədovun qardaşına 11 min manat təyin olunub – RƏSMİ

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin …