Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusdan ölənlərin sayı 9-a çatdı – 104 yeni yoluxma

Azərbaycanda koronavirusdan ölənlərin sayı 9-a çatdı – 104 yeni yoluxma

Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməmiş və pasiyent vəfat etmişdir. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 101 nəfəri müalicə olunaraq sağalmış, 9 nəfər vəfat etmiş, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57 371 test aparılmışdır.

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …