Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusdan 35 nəfər öldü

Azərbaycanda koronavirusdan 35 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5469 nəfər vəfat edib, aktiv xəstə sayı 49412 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, ötən müddət ərzində isə ümumilikdə 4 395 646 test aparılıb.

Həmçinin oxuyun

“Məktəblərin açılması təmasların artımına gətirib çıxaracaq ki…” Baş infeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir. Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. …