Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa yoluxma yenə artdı

Azərbaycanda koronavirusa yoluxma yenə artdı

Azərbaycanda son gün ərzində 403 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 236 768 nəfər koronavirusa yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, aktiv xəstə sayı 3 809 nəfərdir.
Son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.

Həmçinin oxuyun

Ağdam sakini minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif …