Bazar ertəsi , Yanvar 17 2022
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa yoluxma azaldı, 15 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxma azaldı, 15 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 501 yeni yoluxma faktı qeydə alınıb, 1 092 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 593 920 nəfər müalicə olunaraq sağalıb, 8 284 nəfər vəfat edib. 11 915 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 887, bu günə qədər isə ümumilikdə 5 808 380 test icra olunub.

Həmçinin oxuyun

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq – PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …