Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa yoluxanlarla bağlı qayda dəyişib?

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı qayda dəyişib?

ABŞ-də COVID-19 diaqnozu qoyulmuş şəxslərin daha beş gün təcriddə qalmasına ehtiyac yoxdur.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) uzun müddətdir davam edən tövsiyələrini dəyişib.

Bundan sonra koronavirusa yoluxan şəxslər simptomları yüngül keçirərsə, qızdırmaları 24 saat ərzində yüksəlməzsə, onlar işə və ya normal fəaliyyətə qayıda biləcəklər.

Dəyişikliklər COVID-19-un artıq ictimai sağlamlıq təhlükəsi olmadığı bir vaxta təsadüf edir. Pandemiyanın başlanğıcında bu, ölkədə ölümə səbəb olan üçüncü səbəb idi, keçən il isə onuncu olub.

Əksər insanlar ya peyvənd, ya da əvvəlki infeksiyalar vasitəsilə koronavirusa qarşı müəyyən immunitetə malikdirlər.

Bəzi ekspertlər deyirlər ki, bir çoxları hələ də beş günlük kilidləmə qaydalarına əməl etmirlər. Bununla belə, ekspertlər bu dəyişikliyin yaşlı insanlar və ciddi xəstəliklərə daha həssas olan digər insanlar arasında infeksiya riskini artıra biləcəyindən narahatdırlar.

Tövsiyələr niyə dəyişdi?

COVID-19 pandemiyanın ilk illərində olduğu kimi çox xəstəxanaya yerləşdirmə və ölümə səbəb olmur. Dəyişikliklər tövsiyələri sadələşdirmək cəhdidir, beləliklə, onlar qrip və digər respirator virusların müalicəsi üçün uzunmüddətli tövsiyələrə bənzəyirlər. 

Səlahiyyətlilər deyirlər ki, burun axması, öskürək və ya digər simptomları olan bir çox insan bunun COVID-19, qrip və ya başqa bir şey olduğunu müəyyən etmək üçün testdən keçmir. 

Brovn Universiteti İctimai Sağlamlıq Məktəbinin Pandemiya Mərkəzinin direktoru Cennifer Nuzzo insanların hələ də yoluxdurucu olduğunu və bu dəyişmədiyini söyləyib.

Səlahiyyətlilər qeyd edirlər ki, bir sıra digər ölkələr, eləcə də Kaliforniya və Oreqonda tövsiyələr yumşaldılıb, ancaq bu, yoluxmanın artmasına səbəb olmayıb.

ABŞ-də qüvvədə olan qaydalar

Əgər simptomlarınız varsa, simptomlarınız yüngülləşənə və yaxşılaşana, qızdırmanızın başlamasından bir gün keçənə qədər evdə qalmalısınız. Bununla belə, maska taxaraq və başqaları ilə məsafəni saxlayaraq diqqətli davarana ola bilərsiniz.

Bununla birlikdə, CDC-nin qocalar evlərində və digər sağlamlıq xidmətlərində çalışan işçilər üçün tövsiyələri eyni olaraq qalır. 

Tibb işçilərinə xəstəliyin ilk əlamətləri görünəndən sonra ən azı yeddi gün evdə qalsınlar və işə qayıtdıqdan sonra iki gün ərzində mənfi testlər keçirsinlər.

Agentlik vurğulayır ki, hər kəs peyvənd olunmaqla, əllərini yumaqla və daha tez-tez açıq havada olmaqla infeksiyanın qarşısını almağa çalışmalıdır.

CDC əvvəllər 10 günlük təcridi tövsiyə etdi, lakin 2021-ci ilin sonunda koronavirusa yoluxan və simptomları olmayan və ya yalnız qısamüddətli xəstəlik keçirən amerikalılar üçün bunu beş günə endirdi.

İctimaiyyət üçün bu qaydalara əsasən, təcrid yalnız o halda başa çatır ki, şəxs ən azı 24 saat ərzində qızdırmanı azaldan dərmanlardan istifadə etmədən və digər simptomlar aradan qalxıb.

Maraqlıdır, Azərbaycanda hazırda koronavirusa yoluxanlarla bağlı hansı təlimatlar var? Xəstələr neçə gün karantində qalırlar?

Məsələ ilə bağlı tanınmış cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebhe.info”-ya açıqlamasında bildirib ki, COVID-19 pandemiya olaraq bitib:

“Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının hesabatı var. Bu o deməkdir ki, indiki formatda yenidən SARS-COV-2 virusunun pandemiyası baş verə bilməz.
Lakin epidemik ocaqlar hələ qalmaqdadır, virusun “Omikron” ştamının variantları hələ davam edir. Virusun yoluxuculuq indeksi də xeyli yüksəlib, amma onun ağırlaşma və ölüm halları törətmək indeksi xeyli aşağı düşüb.

Burada ilk növbədə nəzərə almaq lazımdır ki, proses nə qədər ki, davam edir, karantin də bitməyəcək. Karantin qaydalarına əməl etmək lazımdır.

Xəstənin nə qədər karantində qalması stasionarda müəyyən edilir. Bu xəstələrin yaşı, xəstəliyin ağırlıq dərəcəsinə əsasən müalicə həkimi tərəfindən müəyyən edilir”.

Həmçinin oxuyun

Bakıda bu yaşayış massivindəki binalar əyilib? – AÇIQLAMA

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə …