Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azaldı

Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib, aktiv xəstə sayı 4478 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4815, ötən müddət ərzində isə ümumilikdə 3 513989 test aparılıb.

Həmçinin oxuyun

Azərbaycanda daha 56 nəfər virusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb, …