Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13118 nəfərdir. Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı,  17 nəfər öldü - Foto

Həmçinin oxuyun

Hava kəskin dəyişəcək – Xəbərdarlıq

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və …