Cümə , Sentyabr 30 2022
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa yoluxan həkim xəstə qəbul etdi

Azərbaycanda koronavirusa yoluxan həkim xəstə qəbul etdi

Koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul edən Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bərdə Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2500 manat məbləğdə cərimə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan həkim apellyasiya şikayəti verib. Hazırda şikayət Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd: Bərdə Rayon Prokurorluğunun ötən ilin iyun ayının 8-də yaydığı məlumata əsasən, Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyev koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul edib. Bu barədə rayon prokurorluğuna məlumat verilib.

Həmin məlumatla əlaqədar rayon prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb. /Pravda.az

Həmçinin oxuyun

Bakıda avtobus sürücüsü dəhşət saçdı – VİDEO

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. 90 …