Şənbə , Yanvar 16 2021
Ana səhifə / Sosial / Azərbaycanda koronavirusa görə 436 məhkum azadlığa buraxılıb

Azərbaycanda koronavirusa görə 436 məhkum azadlığa buraxılıb

“Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb”.

Bu sözləri Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib. 

O qeyd edib ki, həmçinin humanist addımların davamı olaraq 260 məhkum da vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib və yoluxma riski ilə əlaqədar məhkumlarla görüş, sovqat qəbulu dayandırılıb. 

Həmçinin oxuyun

Səhiyyə Nazirliyindən vaksinlə bağlı AÇIQLAMA

“Vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi …