Bazar , Noyabr 28 2021
Ana səhifə / Sosial / Azərbaycanda koronavira yoluxma kəskin artır

Azərbaycanda koronavira yoluxma kəskin artır

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 896 nəfər yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 502 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 403 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib. 17 039 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 261, bu günə qədər isə ümumilikdə 5 025 402 test icra olunub.

Eyni zamanda koronavirus əleyhinə 25 462 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …