Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Azərbaycanda könüllü tibbi sığorta üzrə zərərlilik 19% azalıb

Azərbaycanda könüllü tibbi sığorta üzrə zərərlilik 19% azalıb

2022-ci ildə Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 112 mln. 260 min manat təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 9.4% və ya 9 mln. 611 min manat çoxdur. 2021-ci ildə könüllü tibbi sığorta üzrə toplanan sığorta haqqlarının həcmi 102 mln. 649 min manat idi.

Bu dövrdə tibbi sığortası üzrə ödənişlərin həcmi 70 mln. 222 min manat olub ki, bu da əvvəlki dövrlə müqayisədə 11% və ya 8 mln. 722 min manat azdır. 2021-ci ildə bu sığorta növü üzrə ödənişlərin həcmi 78 mln. 944 min manata bərabər olub.

Sığorta ödənişlərinin azalması könüll tibbi sığorta üzrə zərərliliyi 18.6% azaldıb. Belə ki, 2021-ci ildə sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 76,9 manatını ödənişə yönəltmişdirsə, ötən il bu rəqəm 62.55 manata bərabər olub.//APA

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …