Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Azərbaycanda klinikalar koronavirus testi müayinələrini dayandırdı

Azərbaycanda klinikalar koronavirus testi müayinələrini dayandırdı

Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.

Marja.az xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.

“Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam.

Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər”, – vətəndaşlardan biri bildirib.

Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi.

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …