Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda keçirilən referendumun nəticələri təsdiqlənib

Azərbaycanda keçirilən referendumun nəticələri təsdiqlənib

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) yekun nəticələrini təsdiq edib.
“Report”un xəbərinə görə, səsvermə prosesi ilə bağlı MSK sədri Məzahir Pənahov məlumat verib.
Müzakirələrin yekununda MSK referendumun yekun nəticələrini təsdiqlənməsi ilə bağlı qərar qəbul edilib.
Qərarda bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) yekun nəticələri təsdiq edilir, qərar dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri səsvermədə iştirak edib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın