Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Azərbaycanda karantin rejiminin vaxtı uzadılır

Azərbaycanda karantin rejiminin vaxtı uzadılır

Azərbaycanda karantin rejiminin vaxtı uzadılacaq.

Bu barədə Prezidentİlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bildirib.

Dövlət başçısı deyib ki, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu, ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır: “Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …