Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Azərbaycanda ilk ödənişli avtomobil yolu bu tarixdə istifadəyə veriləcək – Video

Azərbaycanda ilk ödənişli avtomobil yolu bu tarixdə istifadəyə veriləcək – Video

Daha bir ödənişli yolda təmir işləri yekunlaşmaq üzrədir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan tikinti işləri Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometirlik, həmçinin Şabran rayonunun Gəndov kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən 58 kilometrilik hissələrində bitmək üzrədir.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən start götürən uzunluğu 150 kilometr olan ödənişli yolun tikinitisi davam edir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yeni yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Qeyd edək ki, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.

”Avtomobil Yolları Dövlət Agentliyi” nin mətbuat katibi Anar Nəcəfli ”Xəzər Xəbər”ə bildirib ki, hazırda tikinti işləri yeni magistralın ”Yaşma-Giləzi” və ”Gəndov-Samur” hissələri üzrə yekunlaşır. Yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb.

Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb. Ümumilikdə yeni inşa edilən 92 kilometrlik yol boyu 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək. Qeyd edək ki, tikinti işlərinin 2021-ci ilin 1-ci yarısında yekunlaşdırılması planlaşdırılır.

Həmçinin oxuyun

Baş infeksionistdən xəbərdarlıq: Karantin qaydaları sərtləşdirilə bilər

Koronavirusa yoluxanların sayı ürəkaçan deyil. Vəziyyət bu cür davam edərsə, karantin qaydaları daha da sərtləşdirilə …