Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Azərbaycanda hər iki ailəyə bir avtomobil düşür

Azərbaycanda hər iki ailəyə bir avtomobil düşür

2018-ci ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda avotomobillərin sayı 1,34 milyon ədəd təşkil edib. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının saytında dərc olunmuş müsahibəsində deyib.

T.Budaqovun sözlərinə görə, hesabat dövründə Azərbaycanda hər 1000 nəfərə 118 avtomobil düşüb. 2003-cü ildə isə bu rəqəm 48-ə bərabər idi. Hər 100 ailədən 52-də şəxsi minik avtomobilİ var.

Komitə sədri qeyd edib ki, nəqliyyat sektoru Azərbaycan iqtisadiyyatında vacib yer tutur. 2017-ci ildə ölkənin ümumi daxili məhsulunda nəqliyyat sektorunun payı 6,8 faiz təşkil edib. 2003-cü ildən bu sahədə yaradılmış əlavə dəyərin həcmi 2,8 dəfə artıb.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …