Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Azərbaycanda Gülənin tərəfdarı yoxdur” – YAP-çı deputat

“Azərbaycanda Gülənin tərəfdarı yoxdur” – YAP-çı deputat

“Sosial aktiv insanların çıxışları göstərir ki, Azərbaycanda Fətullah Gülənin tərəfdarları yoxdur. Azərbaycan mühiti onun fikirləri və çağırışları üçün münbit deyil”.

Bunu AzVision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə 15 iyul hadisələrindən sonra Türkiyə-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədədir və kənar qüvvələr iki ölkə arasında əlaqələrə zərər vura bilməz.

“Hazırda Azərbaycanda tarixi ənənələrə söykənən, dövlətçiliyimizin və eyni zamanda qabaqcıl ölkələrin yaxşı cəhətlərini özündə birləşdirən sivil, demokratik və müasir cəmiyyət mövcuddur. Türkiyə səfirinin Bakıda keçirdiyi mətbuat konfransı Azərbaycana sevgi, hər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi arzularını özündə əks etdirirdi. Bu konfrans səfirin Azərbaycanın yaxın dostu olduğunu göstərirdi. Gələcəkdə harada işləməsindən aslı olmayaraq hesab edirəm ki, o, hər zaman Azərbaycana böyük sevgi və hörmətlə yanaşacaq”.

YAP funksioneri Türkiyə səfiri Alper Coşqunun fəaliyyətini yüksək qiymətləndirib: “Səfir çıxışı zamanı Azərbaycan və Türkiyə arasında olan möhkəm dostluq və stratejı mütəffiqlikdən söz açdı. Bir çox məsələlərdə bizim ümumi baxışlarımız, bəzi fəaliyyətlərdə atdığımız eyni addımlar vurğulandı. Vaxtaşırı ölkələrimiz arasında məsləhətləşmələr, fikir mübadiləsi aparılır. Türkiyənin mövqeyi Azərbaycanın hakimiyyət orqanlarına çatdırılır. Bu da tərəfimizdən xoşməram kimi qəbul edilir və daim müzakirə edilir. Hələ elə bir məsələ olmayıb ki, Azərbaycan-Türkiyə arasında ciddi fikir ayrılığına səbəb olsun. Hər iki dövlət arasında ideal bir münasibətlər mövcuddur. Belə münasibətlər çox normal və arzu olunandır”.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın