Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Sosial / Azərbaycanda güclü zəlzələ anı kamerada – insanlar küçələrə axışdı (VİDEO)

Azərbaycanda güclü zəlzələ anı kamerada – insanlar küçələrə axışdı (VİDEO)

Ötən gün baş verən zəlzələnin dəhşətli görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, Şamaxıda marketlərdən birinin təhlükəsizlik kamerasına tuş gələn görüntülər təkanların necə güclü olduğuna əsas verir.

Marketdəki məhsulların dağılmasına səbəb olan zəlzələ mağaza sahibinə maddi ziyan vurub. Zəlzələdən sonra insanlar evlərini tərk edib bir müddət küçələrdə qalıb.

Qeyd edək ki, Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib.

BAKU.WS AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

  • 06.02.201909:25997

Həmçinin oxuyun

Təbriz kinoteatrı sökülür, ticarət mərkəzi tikiləcək

Bakının Qara Qarayev prospektində yerləşən məşhur “Sevinc”  kinoteatrı sökülmək üçün hasara alınıb. “Qafqazinfo” xəbər verir …