Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Sosial / Azərbaycanda gəncləri spirtli içki ilə “dostlaşdıran” səbəblər

Azərbaycanda gəncləri spirtli içki ilə “dostlaşdıran” səbəblər

Pandemiya dönəmində dünyada insanlar arasında alkoqolizmə meyl edənlərin sayı artıb. Belə ki, ev şəraitində, təcriddə qalan gənclər depressiyadan qurtulmaq üçün spirtli içkilərə meyl ediblər. Bəs bu durum Azərbaycan üçün necədir? Gənclərin alkoqola meyl etməsində artım varmı? Gənclər hansı hallarda alkoqolizmə düçar olurlar? Onların reabilitasiyası üçün hansı qurumlar fəaliyyət göstərir?

Azərbaycanda 21 777 nəfər alkoqolizm və alkol psixozu xəstəsi kimi tibb müəssisələrində qeydiyyatdadır. Bu da əhalinin hər 100 000 nəfərinə 227,2 xəstə edir.

Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) alkoqol istifadəsi ilə bağlı OECD də daxil, Avropa Birliyi və G20 ölkələrindən ibarət toplam 52 ölkəni əhatə edən araşdırma aparıb. Araşdırmanın nəticələri dünyada normadan çox alkoqol istifadəsinin gələcək fəsadlarına diqqət çəkib. Qeyd edilir ki, qarşıdakı 30 il içində təxminən 1 milyon 100 min insan normadan artıq alkoqol qəbul etməsi ucbatından ölə bilər. Belə aşırı istifadənin həmin ölkələrdə gözlənilən orta ömür uzunluğunu təxminən 1 ilədək azaldacağı düşünülür. Almaniya və Avstriya kimi ölkələrdə bu rəqəm hətta ilyarıma bərabərdir.

Bunları nəzərə alan qurum ölkələrə normadan artıq alkoqol istifadəsinin törədəcəyi fəsadlara qarşı siyasət mexanizmləri formalaşdırmağı tövsiyə edib. Alkoqol ucbatından yaranan xəstəliklərin müalicəsinə xərclənən vəsait toplam səhiyyə xərclərinin 2.4 faizinə yaxındır. Araşdırmada hansı həddə alkoqol istifadəsinin normadan artıq kimi qəbul edildiyi bildirilib. Qadınların gündə 12 qramdan, kişilərinsə 18 qramdan çox istifadə etdiyi saf alkoqol miqdarı normadan artıq sayılır. Qurumun təsnifinə görə, həmin göstəricilər, müvafiq olaraq, 20 və 40 qrama çatdıqda belə şəxslər “içki düşkünü” kateqoriyasına aid edilir.

Qeyd edək ki, alkoqolizm – tərkibində etil spirti olan içkilərə meyletmə xəstəliyidir. Bir dəfə spirtli içki içmə nəticəsində baş verən kəskin sərxoşluq alkoqolizmi və xronik alkoqolizm fərqləndirilir. Xronik alkoqolizmdə alkoqola (spirtli içkilərə) qarşısı alına bilməyən aludəlik və xumarlıq sindromu inkişaf edir. Birdəfəlik kəskin alkoqolizm sərxoşluğu zamanı kəskin alkoqol intoksikasiyası baş verir. Yüngül və orta dərəcədə alkoqol sərxoşluğu xüsusi müalicə tələb etmir. Ağır sərxoşluq hallarında isə komatoz hala qədər inkişaf edən müxtəlif şüur pozğunluqları, qıcolma tutmaları baş verə bilər.(AzadlıqRadiosu)

Dünyada gəncləri içkidən belə yayındırırlar, bizdə isə...

Pandemıya dövründə alkoqoldan istifadə edənlər artıb

OECD-nin araşdırması Azərbaycanı əhatə etməsə də, statistik göstəricilər Azərbaycanda da alkoqollu içki istehlakının yetərincə böyük dövriyyəsini göz önünə sərir. Azərbaycanda ən çox pul xərclənən spirtli içki pivədir. 2018-ci ilin göstəricilərinə görə, ölkədə il ərzində alkoqollu içkilərə toplam 361 milyon 700 min manata yaxın pul xərclənilib. Həmin vəsaitin 165.5 milyon manatı, yəni 46 faizi pivə alışına sərf edilib. Araq almağa xərclənən vəsaitin həcmi isə 147 milyon manata, yəni alkoqollu içkilərə xərclənən xərclərin 41 faizinə bərabər olub. Daha 35 milyon manat (10 faiz) şərab məhsullarına sərf edilib.

Azərbaycanda spirtli içkilərlə bağlı diqqətçəkən daha bir məqam həmin məhsulların son illərdə ən çox bahalaşan məhsullar arasında olmasıdır. Sonuncu rəsmi rəqəmlərə görə, bu ilin mayında Azərbaycanda pivənin yarım litrinin orta qiyməti 2 manat 29 qəpik olub (yerli pivələrdə 1.78 manat, xarici pivələrdə isə 2.95 manat) Halbuki, beş il öncə pivənin orta qiyməti cəmi 1 manat 19 qəpik, yəni indikindən təxminən iki dəfə ucuz idi. Təkcə bu il pivənin qiymətindəki artım, az qala, 12 faizə çatır.

Eyni hal digər spirtli içki növlərində də gözə çarpır. 2016-cı ilin əvvəlində Azərbaycanda 0.5 litr arağın orta qiyməti rəsmi rəqəmlərə görə 4 manat 12 qəpik idisə, indi 8 manat 40 qəpiyə yüksəlib.

Son illərdə ölkədə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayında azalma müşahidə edilir. 2019-cu ilin məlumatına görə, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm və alkoqol psixozu ilə xəstələnənlərin sayı 16 min 387 nəfər olub. Halbuki, 2018-ci ildə bu göstərici 20 min 401, 2017-ci ildə isə 21 min 364 nəfərə bərabər idi.

Vaxt.Az - Müxtəlif spirtli içkilərin əhval-ruhiyyəmizə fərqli təsiri

Asılılıqdan xilas olmaq istəyənlər bu mərkəzə gəlir

Azərbaycanda alkoqolizm, narkomaniya və qumar asılılığından xilas olmaq üçün reabilitasiya mərkəzi yaradılıb.

Mərkəzin rəhbəri Ruslan Həsənzadə bildirib ki, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin yaradılmasında məqsəd alkoqolizm, narkomaniya və qumar aludəçiliyi olan insanların bu problemlərdən xilas edilməsidir:

“Mərkəzimizdə müalicə alan şəxslər 12 addım proqramı çərçivəsində müalicə edilirlər. Effektli nəticə almaq üçün altı aylıq kurs tam bitirilməlidir. Bizə müraciət edən şəxslərin müalicəsi üçün bütün dəstək və köməklik təmin edilir. Biz işimizdə yüksək keyfiyyətli, müasir və zəruri psixoloji yardım alacağınıza zəmanət veririk”.

Mərkəz tək asılılıqdan azad etmir, burada anonimlik qorunur və sosial həyata tam qaytarılmaq üçün tədbirlər görülür. Bura pasiyentin sağlam həyata qayıtması və asılılıqdan azad olması məqsədilə gələcək yönümlü səmərəli tədbirlərin icrası ilə məşğul olan ixtisaslaşdırılmış reabilitasiya mərkəzidir. Musavat.com

Həmçinin oxuyun

Ötən il Azərbaycanda yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Ötən il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq …