Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Azərbaycanda ehtiyac meyarı 143 manata yüksəldi

Azərbaycanda ehtiyac meyarı 143 manata yüksəldi

Bu gündən, yəni 2019-cu il yanvar ayının 1-dən etibarən Azərbaycanda ehtiyac meyarı 143 manata, yaşayış minimumu isə 180 manata yüksəlib.

Virtualaz.org xəbər verir ki, ötən il Milli Məclisin qəbul etdiyi qərara əsasən, bu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub.

2019-cu ildə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …