Ana səhifə / Sosial / Azərbaycanda dövlət qurumunun 21 əməkdaşı işdən çıxarıldı

Azərbaycanda dövlət qurumunun 21 əməkdaşı işdən çıxarıldı

Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 21 əməkdaşı tutduğu vəzifədən azad edilib.

Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov məlumat verib. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bu haqda danışıb:

“2020-ci ildə Meşələrin İnkişafı Xidmətində 21 nəfər vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işindən kənarlaşdırılıb. Onlar direktor, meşəbəyi, meşəbəyi köməkçisi vəzifələrini yerinə yetirən şəxslərdir”.

Xidmət rəisi bildirib ki, 221 iş hüquq mühafizə orqanlarına göndərilib:

“Meşələrin çəpərlənməsinin böyük faydası var. Bu çəpərlənmə nəticəsində meşələrdə yeni pöhrələr artıb, canlanma var. Yeni pöhrələrin mal-heyvan tərəfindən yeyilməsi, əzilməsi meşələrin təbii bərpasına ziyan vurur”.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …