Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Azərbaycanda doludağıdan toplardan istifadə ediləcək (VİDEO)

Azərbaycanda doludağıdan toplardan istifadə ediləcək (VİDEO)

Yaz-yay mövsümündə ölkənin dağlıq və dağətətəyi bölgələrinə tez-tez dolu düşür. Bu isə fərdi və fermer təsərrüfatlarına, bağlara, əkin-səpinə ciddi ziyan vurur. Bir çox hallarda kəndlinin əkib-becərdiyi məhsul tamamilə məhv olur. Bu məqsədlə də Azərbaycanda doluya qarşı raket-artilleriya vasitələrindən istifadə bərpa oluna bilər.
Sovet dönəmində Azərbaycanda dolu əleyhinə 13 mübarizə dəstəsi olub. Dolunun təsərrüfatlara ziyan vurmasının qarşısını almaq məqsədilə doludağıdan toplardan istifadə edilib. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi doluya qarşı raket-artilleriya vasitələrindən istifadə olunmasıyla bağlı Nazirlər Kabinentinə layihə formasında təklif təqdim edib.
Hazırda doluya qarşı vasitələr dünyanın əksər ölkəsində, hətta qonşu Gürcüstanda tətbiq olunur. Yağan güclü dolu taxıl, kartof əkin sahələrinə, eləcə də meyvə ağaclarına zərər vurmasın deyə toplardan istifadə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Radiometeorologiya və Aerologiya Mərkəzinin direktoru Səid Həsənoğlunun sözlərərinə görə, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib.
Bu metodla dolu düşməsinin qarşısı 70-80 faiz alınır. Atmosferin dolu yaranan qatına “Qrant” adlı raketlərdən atəş açılaraq temperatur süni şəkildə qaldırılır, nəticədə dolu suya çevrilir və yağış yağır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …