Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Sosial / Azərbaycanda daha bir dərmanın istifadəsinə qadağa qoyuldu

Azərbaycanda daha bir dərmanın istifadəsinə qadağa qoyuldu

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Qaynar xətti”nə vətəndaş tərəfindən depo apteklərində satılan “Azarga” adlanan göz damcısından şikayət daxil olub. 

Mərkəzdən “Report”a verilən məlumata görə, şikayət əsasında əczaçılıq subyektləri ilə iş şöbəsinin əməkdaşları həmin apteklərdə satılan bu göz damcılarını müvafiq laboratoriya analizlərinin aparılması üçün mərkəzin dərmanların keyfiyyətinə nəzarət laboratoriyasına təqdim ediblər.

Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının apardığı müvafiq analizlərin nəticəsində təqdim edilən nümunənin dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmasının təsdiqlənməmiş olması, nümunənin tərkibində qablaşmasının üzərində istehsalçı tərəfindən mövcudluğu haqqında məlumat verilib, “Brinzolamid” və “Timolol maleate” adlı fəal təsiredici maddələrin aşkar edilməməsi, həmçinin nümunənin “pH göstəricisi”nin istinad edilən normativ sənədlərdə müəyyən edilmiş normaya uyğun olmadığı aşkar edilib.

Bunu nəzərə alaraq üzərində istehsalçısının Belçikanın “Alcon-Couvreur N.V” müəssisəsi göstərilən, seriyası 19F27AB, yararlıq müddəti 2021-ci ilin oktyabrınadək olan “Azarga 10mq/ml + 5mq/ml 5.0 ml göz damcısı”nın idxalı, topdan və pərakəndə satışının qadağan edilməsi haqqında Analitik Ekspertiza Mərkəzi “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı rəhbər tutaraq distribüterlər və apteklərdən geri çağırılması barədə onlara məlumat göndərilib.

Həmçinin oxuyun

Paytaxtda koronavirusa ən az yoluxma bu rayonda qeydə alınıb

Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Koronavirusinfo.az saytı xəbər verir …