Şənbə , Noyabr 28 2020
Ana səhifə / Sosial / Azərbaycanda daha bir bazarda heç bir karantin qaydalarına əməl edilmir – FOTO

Azərbaycanda daha bir bazarda heç bir karantin qaydalarına əməl edilmir – FOTO

Azərbaycanda karantin rejimi elan olunmasına baxmayaraq, İmişlinin mal bazarında qızğın iş gedir.

Bu barədə şəkillər sosial şəbəkələrdə yayılıb. 

Ölkə ərazisində sosial məsafənin qorunması qaydalarının zəruri olması bildirilsə də, bazarda sıxlıqdır. 

Bildirilir ki, əraziyə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları nəzarət etmir.

Daxili İşlər Nazirliyi yayılan görüntülərə münasibət bildirib.

Qurumdan bildirilib ki, sosial şəbəkələrdə yayılmış həmin fotodan göründüyü kimi, axşam radələri olduğu üçün şəkillərin çəkilməsi polis naryadlarının dəyişdiyi vaxta təsadüf edib:

“Həmin vəziyyət bir neçə dəqiqəlik davam edib. Hazırda polis əməkdaşları həmin ərazidə sanitar rejimə nəzarəti davam etdirir və gigiyenik vasitələrdən istifadə olunmasına diqqət yetirilir”.

oxu.az

Həmçinin oxuyun

Paytaxt sakinlərinə xəbərdarlıq: Bu gün küçəyə çıxmayın!

Ölkə rəhbərliyinin Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun …