Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Sosial / Azərbaycanda daha bir ana ölümü

Azərbaycanda daha bir ana ölümü

Ötən gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, bu, xəstənin ikinci hamiləliyi olub:

“2017-ci ildə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Bir il keçməmiş yenidən hamilə qalıb. Hamiləliyin 37-38 həftəsində yenidən qeysəriyyə üçün xəstəxanaya müraciət edib. 2700 qramlıq oğlan uşağı dünyaya gəlib. 20:50-də qadının halı anidən pisləşib, sianor diaqnozu qoyulub. Göyərmə, tənginəfəslik olub. Bütün reanimasion tədbirlər aparılıb, lakin qadını xilas etmək mümkün olmayıb”.

O, qeyd edib ki, meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təşrih üçün verilib. Hadisə Prokrorluq və Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırılacaq.

Həmçinin oxuyun

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb – RƏSMİ

Azərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət …