Çərşənbə , İyul 8 2020
Ana səhifə / Sosial / Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycan Respublikasında 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 134 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1957, 1957 və 1972-cü il təvəllüdlü 4 nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3871 nəfər müalicə olunaraq sağalmış, 82 nəfər vəfat etmiş, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılmışdır.

Həmçinin oxuyun

Azərbaycanda COVID-19-a təkrar yoluxma qeydə alınıb?

Araşdırmalarla sübut olunub ki, COVID-19-a təkrar yoluxma mümkündür. Doğrudur, ilk dəfədən sonra xəstəliyə qarşı immunitet …