Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Sosial / Azərbaycanda daha 28 nəfər virusa yoluxub

Azərbaycanda daha 28 nəfər virusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.

Həmçinin oxuyun

Lukaşenko: “Azərbaycan ilə münasibətləri qoruyub saxladıq və inkişaf etdirdik”

“Azərbaycan və Belarus münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi”. “Report” BELTA-ya istinadən xəbər verir …